Azərbaycan Turizm və Menecment Universiteti ilə tanışlıq

May ayının 6-da Azərbaycan Turizm və Menecment Universitetin əməkdaşları məktəbimizin 10 və 11-ci sinif şagirdləri ilə görüş təşkil etdilər. Görüş zamanı onlar Azərbaycan Turizm və Menecment Universitetinin 2006-ci ildə təsis olunduğunu və təhsilin bütün pillələrində turizm və menecement sahələri üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisəsi olduğunu şagirdlərə çatdıraraq, onları məlumatlandırdılar.