“Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir

      “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi “Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqə aprelin 16-sı qaliblərin mükafatlandırılması ilə başa çatdı.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan ümumtəhsil məktəb və liseylərində, həmçinin rayonlardan  müsabiqəyə qatılan fəal şagirdlər, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar.
Sonra təntənəli şəkildə qaliblərin mükafatlandırılması mərasimi olub. Müsabiqədə iştirak edən 74 nömrəli tam orta məktəbin 7"C" sinif şagirdləri Fərzəliyev Elmin, Qurbanova Xədicə və Əsədova Səbinə də qatılaraq simvolik hədiyyə və təşəkkürnamələrlə mükafatlandırılmışlar. Bundan başqa qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə simvolik hədiyyələr, təşəkkürnamələr verilib.
Müsabiqənin münsiflər heyətində yazıçı dramaturq Əli Əmirli, xalq artisti Həmidə Ömərova, əməkdar artist Fərqanə Qasımova, təhsil eksperti Şahlar Əsgərov da iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi