"Xocalı qan yaddaşımız" adlı açıq dərs keçirilib

25 fevral 2016-cı il Sabunçu rayonu 74 nömrəli tam orta məktəbin 6 "B" sinifində Məlahət Mustafayeva Xocalı soyqırımının 24 -cü il dönümünə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı açıq dərsi keçirib. Açıq dərsdə şagirdlərin yüksək nitq bacarığı və əvvəlcədən şagirdlərin hazırlıqlığı diqqəti cəlb edirdi. Xüsusilə onu qeyd etmək istərdik ki, vətənpərvərlik mövzusunda keçirilən açıq dərsdə əslən Qarabağlı olan Məlahət müəllimə vətənpərvərlik mövzusunda olan bu dərsi şagirdlərə aşılayaraq yüksək nəticələrə nail olmuşdur.Açıq dərs məktəbin direktoru Əliyeva Rüxsarə, təlim-tədris üzrə direktor müavini Həmidova Flora, tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri və məktəbimizin psixoloqu Əliyeva İrina tərəfindən dinlənildi. Açıq dərs çox yüksək səviyyədə keçdi. Müəllimə şagirdlərinə lazım olan dərəcədə məlumat çatdırmış və onları vətən uğrunda şəhid olmuş insanların taleyi ilə yaxından tanış etmişdir.