"Əsrin faciəsi"adlı tədbir.

XXəsrin ən dəhşətli faciəvi hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin ,Vətənə,doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi istiqamətində həyata keçirilən vətənpərvərliklə bağlı ən önəmli tədbirlərdən biridir.Bu tədbir həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması ,milli-mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanmasıdır. Tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri ədəbiyyat müəllimləri Mustafayeva Məlahət və Ağamalıyeva Rasimənin tərbiyə hazırladığı "Əsrin faciəsi"adlı tədbirdə 9a və 9b sinif şagirdləri fəal iştirak etdilər.Yüksək natiqlik bacarığı ilə ifa edilən şeirlər insan qəlbimi riqqətə gətirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi