"Novruz gəlir yaz gəlir"

Martın 19-da 74 nömrəli tam orta məktəbdə baharın gəlişi ilə əlaqədar "Novruz gəlir yaz gəlir" adlı şənlik keçirildi. Məktəbin musiqi müəllimi İlahə Hüseynzadənin rəhbərliyi altında 2"Ç", 4"C", 4"B", 5"B", 6"B", 6"A", 6"Ç", 8"A", 8"B", 9"A" sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr edilmiş şənlikdə məktəbin şagird-valideyn, müəllim kollektivi fəal iştirak etdilər. Tədbirdə şeirlər, mahnılar, müxtəlif rəqs nömrələri şagirdlər tərəfindən ifa olundu. Məktəbin direktoru Həsənov Əfqan öz ürək sözlərini və təbriklərini məktəb kollektivinə çatdırdı, xüsusi seçilən şagirdləri təltifnamələrlə mükafatlandırdı.