“Valideynin məktəbdə bir günü” layihəsi

     Valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi keçirildi. Təşkil edilmiş görüşdə ibtidai, orta və yuxarı sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbi ziyarət etdilər..

Görüş zamanı layihənin rəsmi açılışından sonra valideynlər məktəb mühiti ilə əyani tanış olaraq, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi. Onlarla tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodisti tərəfindən valideynlər üçün sessiya təşkil olundu. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verildi.

Eyni zamanda, valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçiriidi. Sonda məktəblilər tərəfindən hazırlanan musiqili bədii hissə valideynlərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi