"Yol hərəkəti qaydalarını öyrənək" adlı tədbir

     15 fevral ayında 74 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarını öyrənirik” adlı tədbir keçirildı. Tədbiri məktəbin ibtidai sinif müəllimi Səcahan Ramazanova  rəhbəri olduğu 1-ci sinif şagirdləri ilə birlikdə təşkil etmişdir. Tədbiri giriş sözü ilə açan ibtidai sinif müəllimi Səcahan Ramazanova bildirdi ki, tədbirdə məqsəd uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdır. Balacalar bu qaydaları bilməklə, həm də öz həmyaşıdlarına bu qaydaları izah edə bilərlər. Səcahan Ramazanova tərəfindən düzənlənmiş tədbirdə uşaqlar müxtəlif səhnəciklər, şeirlər, mahnılarla yol hərəkətinə aid biliklərini nümayiş etdirdilər.

Körpə fidanlar zalda yol nişanları ilə düzəldilmiş “şəhər küçələrində” qaydalara əməl etməklə maşın, velosiped sürüblər.

Sabunçu rayon Dövlət Yol Polisinin inzibati təcrübə üzrə inspektor polis kapitanı Piriyev Yaqub və az yaşlılar üzrə inspektor baş leytenant Aqil Xudiyev də tədbirə dəvət olunaraq iştirak etmişlər.
Məktəbin direktoru Əfqan Həsənov bildirib ki, azyaşlı uşaqların yol hərəkəti qaydaları ilə bağlı bilikləri  qısa müddətdə qavrayıb səhnəciklər göstərə bilməsi çox maraqlı və təəccüblüdür.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi