"20 Yanvar harayı"

14 yanvar, 2019-cu il tarixində 74 nömrəli tam orta məktəbdə "20 Yanvar harayı" adlı rəsm müsabiqəsi keçirildi. Rəsm müsahiqəsi “20 Yanvar faciəsi”nin 29-cü ildönümünə həsr olunmuşdu.
Sərgidə məktəbin 8 "A" sinif şagirdi Əliyeva Nərgiz, 10"C" sinif şagirdi Səmədova Ləman, Əliyeva Leyla və 11 "C" sinif şagirdi Arapova Alesyanın şəhidlərə həsr olunmuş rəsmləri və əl işləri nümayiş etdirildi.
Müsabiqənin əsas məqsədi bu qanlı faciədə vəfat etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək idi.
|