Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

        31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə çevrilmişdir.

        27 dekabr 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü həsr olunmuş ədəbi- bədii gecə keçirildi. Tədbirdə müəllimlərdən və şagirdlərdən ibarət məktəb kollektivi iştirak edirdi. İbtidai sinif müəllimi Rzayeva Şəfa rəhbəri olduğu 2”A” sinif şagirdlərinin iştirakı ilə hazırladığı tədbirdə balaca məktəblilər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixi haqqında məlumat verdilər. Şagirdlərin ifasında doğma yurdumuza aid  şeirlər, vətənpərvərlik mövzusunda musiqilər və səhnəciklər təqdim olundu.

Sonda məktəbin direktoru Əfqan Həsənov cıxış edərək, Azərbaycan Respublikasının müstəqil bir ölkə kimi demokratik, hüquqi bir dövlət olaraq keçdiyi tarix yolundan danışaraq bütün iştirakçıları Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi!

https://www.youtube.com/watch?v=5MmGiDtP4b4&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi