Heydər Əliyev - Dövlətçilik siyasəti!

          https://www.youtube.com/watch?v=ONUjf1gU3Go&feature=youtu.be

        Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi təyin edilir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın demokratik bir dövlət kimi hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulmasına təkan verdi. Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali amalı elan etmişdi. Hələ Ulu Öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, “Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək”. Ümummili Liderin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Bu prosesin də əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrünə keçməsi ilə tarixi nailiyyətlər qazandı. Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Artıq Milli Qurtuluş tariximizdən 25 il keçir. Bugün Azərbaycanın qazandığı çoxşaxəli uğurların arxasında Heydər Əliyev tərəfindən əsası qoyulan gələcək perspektivləri də ehtiva edən milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir.

https://www.youtube.com/watch?v=ONUjf1gU3Go&feature=youtu.be

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi