Ümummilli lider Heydər Əliyevin xatirəsi

Dekabrın 12-də 74 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi İradə Məlikova ibtidai siniflərlə təşkil etdi. Tədbirdə məktəblilərə Heydər Əliyevin həyat yolu və dövlət quruculuğunda fəaliyyəti barədə məlumat verildi. Şagirdlər Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədi. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.