“Ədəbiyyat biliciləri” adlı müsabiqə

3 dekabr 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı “Ədəbiyyat biliciləri” adlı müsabiqə keçirildi. Məktəbimizin ədəbiyyat müəllimləri Məlahət Müstafayeva, Natəvan Rzayeva və Rasimə Ağamalıyeva Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq bu müsabiqəni həyata keçirtdilər.