"Bacarıqlı əllər" adlı sərgi

5 dekabr 2018-ci ildə 74 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramovanın təşkilatçılığı ilə məktəbin tədbirlər planına uyğun olaraq şagirdlərin əl işlərindən ibarət "Bacarıqlı əllər" adlı sərgi keçirildi.
Sərginin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını və estetik zövqlərini inkşaf etdirməkdir. Sərgidə şagirdlər tərəfindən hazırlanmış müxtəlif maketlər, modellər ,toxuma işləri nümayiş olundu.