"Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" adlı təqdimat

Noyabrın 30-u Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə başlanılan "Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbtəqdimat keçirildi. Təqdimatda daha iki - 74 və 215 nömrəli tam orta məktəblərin şagirdləri də qatıldı. 100-ə yaxın iştirakçının qatıldığı "Dəyərlərimiz - sərvətimiz, gələcəyimizdir" adlı təqdimat böyük həvəslə izlənildi. 

Təqdimat zamanı şagirdlərin fəal iştirakı və verilən suallara ətraflı və düzgün cavabları sevindirici hal idi. Layihə yaradıcıları inanırlar ki, şagirdlərin qəlbinə səpdikləri toxumlar nə vaxtsa cücərib əsl vətənpərvər insanlar yetişdirəcək və cəmiyyətimizə öz töhfəsini verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi