Azərbaycan müəllimlərinin XV qurultayı

28.11.2018 Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak etmişdir. 74 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi İradə Məlikova da XV qurultayda iştirak etmişdir. Müəllimlərin XV qurultayında "Ümumi təhsil: bu günə və gələcəyə baxış, "Ümumi təhsilin məzmunu", “Təhsildə innovasiyalar" və s. kimi mövzularında müzakirələr aparıldı.