Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə kampaniyasına start vermişdir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümünün başlanması münasibətilə ağacəkmə kampaniyasına start vermişdir. Aksiyaya 74 nömrəli tam orta məktəb də qoşulmuşdur. Ağacəkmə aksiyasında məktəbin müəllim və yuxarı sinif şagirdləri də iştirak etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.