17-noyabr Milli Dirçəliş günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.
Belə ki, 74 nömrəli tam orta məktəbdə də məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.
"Dəyirmi masa"da məktəbin müəllimləri Babacan Məmmədov, Mətanət Əliyeva, Məlahət Mustafayeva və digər müəllimlər öz çıxışlarında Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğunu vurğulayaraq, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs etdilər.