“Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir

08 noyabr 2018- ci il tarixində 74 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Məktəbin ibtidai sinif müəllimi Məmmədova Məlahət rəhbəri olduğu 3”A” sinif şagirdləri ilə birlikdə təşkil etdiyi “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbirdə dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışıldı. Tədbirdə çıxış edən balaca vətənpərvərlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayaraq, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladılar. İbtidailər Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söylədilər.
https://www.youtube.com/watch?v=UJu7KEqshi4&feature=youtu.be