“Bayrağımız  qürur mənbəyimizdir! ”  mövzusunda  rəsm  müsabiqəsi 

08 noyabr 2018- ci il tarixində 74 nömrəli tam orta məktəbdə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayrağ elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Bu məqsədlə “Dövlət Bayrağı Günü”nə həsr edilmiş müsabiqəni təşkil edən məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova öz çıxışında qeyd edərək müsabiqənin Dövlət bayrağına yeniyetmə və gənclər arasında məhəbbət hissini aşılamaq, gənc nəslin vətənpərvərlik və dövlətçilik, Azərbaycan Respublikasının milli atributlarına hörmət ruhunda tərbiyə olunması, gənclərin öz bilik və bacarıqlarının yaradıcılıq potensialının effektli reallaşdırılmasını təmin etmək və istedadlı yaradıcı gənclərin üzə çıxarılmasından ibarət olduğunu bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi