9 Noyabr –Dövlət Bayrağı Günü ilə əlaqədar müsabiqə

9 Noyabr–Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssələri arasında “Bakı məktəbləri” qapalı “Facebook” qrupunda “Bayrağımız qürur mənbəyidir!” adlı fotomüsabiqə elan edilmişdir. Müsabiqənin məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, həmçinin şagirdlərin yaradıcı istedadını üzə çıxarmaq olmuşdur. Bu məqsədlə də 74 nömrəli tam orta məktəbin 7”C” və 7”Ç” sinif şagirdləri “Üçrəngli Bayrağım” şüarı altında müsabiqəyə qoşulmuş və hazırladıqları fotoşəkili nümayiş etdirmişlər.