"20 Yanvar "hadisələrinə həsr edilmiş açıq dərs

Yanvarın 19-zu bütün məktəblərdə birinci dərs "20 Yanvar" hadisələrinə həsr edilmişdir. 74№ li tam orta məktəbdə də həmin qayda gözlənilmiş,aşağı və yuxarı siniflərdə "20 Yanvar "hadisələrinə həsr edilmiş açıq dərslər verilmişdir. 9"b"sinfində açıq dərsi dinləmək üçün Tədris- tərbiyə işləri üzrə direktor müavini Həmidova Flora, tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri iştirak etmişdir.Dərs yüksək səviyyədə keçirildi.Bir daha aydın oldu ki,şagirdlər də,müəllimlər də şəhidlərimizin xatirəsini ürək ağrısı ilə yaddaşlarına həkk ediblər.Sonra isə rus bölməsi olan 2 "c"sinif şagirdlərinin açıq dərsini Tədris - tərbiyə işləri üzrə direktor müavini Həmidova Flora , tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri və İbtidai sinif müəlliməsi Nəsrullayeva Natəvan dinlədilər. Bir daha aydın oldu ki,sinif rəhbəri Rita müəllimə şagirdlərə bu barədə çox geniş məlumat veribdir.Şagirdlər çox aktiv cavablar verirdi.Geniş məlumatlı olduqları aydın görünürdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi