20 Yanvar

Bu gün xalqımızın həyatında çox önəmli gündür.20 Yanvar bizim həm həzn, həm də yenidən dirçəliş günümüzdür.26 il əvvəl o soyuq yanvar gecəsi baş verənlər xalqın həyatını kökündən dəyişdi.Xalqımız əvvəllər olduğu kimi yaşamaq istəmədi.O gecə baş verənlər xalqımızın qan yaddaşına elə tünd bir qələmlə yazıldı ki , istəsək də onu poza bilmədik.Bu qırmızının caları idi,qan rəngində insanların canına, kücələrə, hasarlara,evlərə hopmuşdu.Fərizənən gəlinliyinə ,ilqarın,Larisanın dəftər -kitabına çilənmişdi,anaların nişan,cehiz boxçalarini məhv etmişdi.Tarixi qanla yazılan bir xalq daha dönüb arxaya baxa bilməz,bu faciələri unuda bilməz.Bizim bu faciələrin şahidi olan Şəhidlər Xiyabanımız var.Bu gün Şəhidlər Xiyabanı həm ziyarət, həm də and yerimizdir, qürur mənbəyimizdir.Biz günahsiz şəhidlərimizi hörmət və ehtiramla yad edirik,onların məzarını göz yaşlarımızla suvarırıq ,onların müqəddəs ruhuna and içirik. Eyni zamanda, biz onlarla fəxr edirik.Əgər onlar olmasaydı, canlarını sovet tanklarına sipər etməsəydilər,bu gün biz müstəqil Azərbaycan Respublikasını qura bilməzdik.Hər il olduğu kimi ,bu il də biz şəhidlərimizi hazırladığımız tədbirdə,inşa və rəsm müsabiqələrində yad etdik.74 № li tam orta məktəbin 7a və 7b sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat mdüəllimləri: Ağayeva Bahar,Kamalova Zabitə və tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpərinin təşkil etdiyi tədbirdə cox həyaçanla hazırladıqları çıxışları nümayiş etdirdilər.7 b sinif şagirdi Əlizadə Xədicə isə şəhidlərimizin ruhuna həsr etdiyi şeirini xüsusi həyacanla söylədi.7a sinif şagirdi Röyal və 7 b sinif şagirdi Fərid tarda öz ifaları ilə seçildilər.Allah şəhidlərimizə rəhmət etsin! Amin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi