Məktəblilərin İcəri Şəhərə Ekskursiyası

     Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olundu. Ekskursiyaya 74 nömrəli tam orta məktəbin şagirdləri də qatıldı. Bələdçilər ekskursiyada şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verdilər. Eyni zamanda şagirdlər Qız Qalasının daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış oldular. Həmçinin Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları və Qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin memarlıq üslubu izah olundu. Ekskursiyada tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılırdı. İçəri Şəhərə təşkil olunan ekskursiya məktəblilər üçün yadda qalan olmaqla, onların xüsusi marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi