“Qoy həmişə sülh olsun!” adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir. 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Natəvan Nəsrullayeva da rəhbəri olduğu 4 "A" siinif şagirdlərinin iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirib. Şagirdlər tədbirdə sülh haqqında şeirlər söyləmiş, sülhə aid mahnılar oxumuşlar.
https://www.youtube.com/watch?v=S8IRiLYAybI&feature=youtu.be