"Yeni dərs ilimiz - Keyfiyyət ilidir" adlı metodbirləşmə iclası

    15 sentyabr 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbin Azərbaycan dili  və ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə "Yeni dərs ilimiz - Keyfiyyət ilidir" adlı metodbirləşmə iclası keçirildi. İclasda dərs keyfiyyətinin yüksəlməsi, keçirilən dərslərdə əyanilikdən istifadə edilməsi, yazı işlərinin qiymətləndirilməsi üçün xüsusi rubriklərin tətbiq olunması və ona əsasən qiymətin çıxarılması, esse, imla və ifadəyə xüsusi diqqət yetirilməsi məsələləri müzakirə olundu. Həmçinin qarşıda gələn iki tədbir - 21 sentyabr "Şeir müsabiqəsi" və 21 sentyabr sülh mövzusuna həsr olunan "İnşa müsabiqəsi" ücün hazırlıq məsələlərinə toxunuldu. Məqsəd siniflərdən ən fəal, aktiv və istedadlı şagirdləri aşkara çıxarmaq və həmin müsabiqəyə cəlb etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi