15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür

Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.
Bu il də ənənəvi olaraq Sabunçu Rayonu 74 nömrəli tam orta məktəbdə “15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova təşkil etmişdir.
İlk olaraq bu il ilk dəfə məktəbə qədəm qoyacaq övladları, tədbirə toplaşan şagirdləri, onların valideynlərini, müəllimləri yeni tədris ili münasibətilə məktəbin direktoru Əfqan Həsənov təbrik etdi,onlara bu önəmli və zəhmətli yolda uğurla addımlamağı arzuladı.
Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması tarixi haqqında ətraflı məlumat verildi. Sonda uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət himni, şeir və mahnılar səsləndirildi.