Məktəbdaxili "Hərbi İdman oyunları" yarışı

30.05.2018-ci il tarixində 74 nömrəli tam orta məktəbdə məktəbdaxili "Hərbi İdman oyunları" yarışı keçirildi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir bizim doğma yurda olan sevgimizi, vətənpərvərliyimizi, vətəndaşlıq borcumuzu işarə edən mövzuda kecirilmişdir. Tədbirdə iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Çağırışaqədərki hazırlıq üzrə metodisti Mürsəl Qurbanov öz çıxışında belə tədbirlərin gənclərimizdə hərbi işə, mübarizliyə maraq oyatdığını vurğulayaraq, bizə örnək olacaq vətənpərvər gənclərin cox olduğunu bildirdi. 74 nömrəli tam orta məktəbin HHB müəllimi Vüqar Məmmədovun təşkil etdiyi tədbir məktəbimizin şagird və müəllim kollektivi tərəfindən maraqla qarşılanaraq, yaddaqalan tədbirlərdən oldu.