Birinci sinif şagidlərinin "Vətənpərvərlik" mövzusunda hazırladıqları tədbir

24 may 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbin müəllimi Allahverdiyeva Qənaət rəhbəri olduğu 1"C" sinif şagirdlərinin iştirakı ilə "Vətənpərvərlik" mövzusunda tədbir hazırlamışdır. Birincilər tədbirdə vətənpərvərlik mövzusunda şeirlər, səhnəciklər, musiqi nömrələri nümayiş etdirərək öz məharətlərini göstərdilər. Sonda məktəbin direktoru Əfqan Həsənov öz çıxışında bildirdi ki, şagirdlərin kiçik yaşlarından vətənpərvərlik mövzusunda hazırladıqları çıxışları təqdirəlayiqdir.