Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib

23 may 2018-ci tarixində 74 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Vətənim Azərbaycan" adlı tədbir keçirilib. Tədbiri məktəbin 5 "A" sinif rəhbəri Ələsgərova Günel, Azərbaycan dili müəllimi Əliyeva Elnarə hazırlamışdır. Şagirdlər "Vətənim Azərbaycan" adlı tədbirdə Azərbaycanın dövlətçilik tarixini təbliğ edərək Cümhuriyyətin yubileyi ilə bağlı bütün tarixi məqamlara toxunaraq vətənpərvərlik mövzusunda olan çıxışlarını tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Sonda məktəbin direktoru Əfqan Həsənov və Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova qeyd edərək bildirdilər ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.