Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü

Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. 10.05.2018-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Azərbaycan dili müəllimi Sevda Mustafayeva 5D, 6C, 6Ç və 8C sinif şagirdləri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə tədbir hazırlamışdır.
Şagirdlər bu dahi siyasətçinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu, onun vətənimiz üçün gördüyü işlərin daim yaddaşlarda yaşayacağını vurğulayaraq, Heydər Əliyevin xalğına göstərdiyi diqqət və qayğını əks etdirən kadrları sərgilədilər. Sonda məktəbin direktoru Əfqan Həsənov və Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova cıxış edərək, Ümummilli lider Heydər Əliyev haqqında öz ürək sözlərini izləyicilərə catdıraraq tədbiri yekunlaşdirdılar.
Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.