"Sehrli Kimya" gecəsi

27 aprel, 2018-ci il tarixində 74 nömrəli  tam orta məktəbin kimya müəllimi Töhfə Bilalova və Sevinc Dünyamalıyeva şagirdlərin iştirakı ilə birgə "Sehrli Kimya" gecəsi adlı elmi-əyləncəli tədbir keçirdi. Tədbirdə Azərbaycanın görkəmli kimyaçı alimləri haqda məlumat verildi, slaydlar göstərildi. Şagirdlər tərəfindən maraqlı reaksiyalar nümayiş etdirildi. Sonda şagirdlər  tərəfindən aparılan bir-birindən maraqlı təcrübələr tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirdə qonaq qismində iştirak edən  Ağalar Bayramov və  Çingiz Abbasov bildirdi ki, kimya gecələrinin keçirilməsi, müxtəlif dərnəklərin, müsabiqələrin təşkil edilməsi şagirdlərin təffəkürünün inkişafina, yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edir. Belə tədbirlər onların intellektli, savadlı və cəmiyyətdə özlərinə uyğun mövqe qazanmış şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır. Məktəbin direktoru Əfqan Həsənov tədbirin sonunda öz təşəkkürünü bildirdi və xüsusi istedada malik, nəaliyyətləri olan şagirdləri fəxri fərmanla təltif elədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi