"Aprel döyüşləri tarixi qələbədir" adlı "Açıq dərs"

       “APREL DÖYÜŞLƏRI” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.

4 aprel 2018-ci il tarixində, 74 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova və Tarix müəllimi Mətanət Əliyevanın təşəbbüsü ilə 10 "B" sinif şagirdləri ilə "Aprel Döyüşləri tarixi qələbədir" adlı vətənpərvərlik mövzusunda acıq dərs keçirildi. Açıq dərsdə iştirak edənlər Azərbaycan Respublikasnın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcədə 2016-cı il aprel döyüşlərində şəhid olmuşların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilikdən sonra, Azərbaycanın Dövlət Himni səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi. Daha sonra 74 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov Azərbaycan Ordusu haqqında xoş və qürururlu sözlərlə şagirdlərə ətraflı məlumat verərək qeyd etdi ki“Aprel Döyüşləri” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi