"Narkomaniya bəşəriyyətin faciəsidir" uşaqların gözü ilə

2 aprel 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbin psixoloqu İrina Əliyevanın təşkilatlığı ilə "Narkomaniya bəşəriyyətin faciəsidir" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə 8 c və 9 c sinif şagirdləri respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması haqqında cıxışlar etdilər. Gənc nəslin sağlamlığının qorunması haqqında təqdimatlar nümayiş etdirdilər.