"31 Mart Azərbaycanlıların Soyqırımı" qurbanlarının xatirəsini ibtidai sinif şagirdləri andılar

74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Natəvan Nəsrullayeva 3b sinif şagirdləri ilə "31 Mart Azərbaycanlıların Soyqırımı" qurbanlarının xatirəsinə həsr edilmiş interaktiv dərs keçirdi. Dərs zamanı "31 Mart Azərbaycanlıların Soyqırımı" qurbanlarının xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirildi. Sənədli filmdə şagirdlərə ermənilərin “Böyük Ermənistan” yaratmaq məqsədilə xalqımızın başına gətirdikləri ən böyük faciələrdən biri olan "31 Mart Soyqırımı" haqqında məlumat verildi. Soyqırımda 50 min azərbaycanlının qətlə yetirilməsindən, lakin hec bir faciənin xalqımızın milli özünüdərki və müstəqil dövlət qurmaq əzmini qıra bilməməyindən bəhs edildi.