Sabunçu rayon məktəblərinin iştirak etdiyi Novruz şənliyi

Bakı Şəhər Sabunçu rayonu Icra Hakimiyyəti Bakı şəhərində yerləşən Ramana Qalasında təntənəli şəkildə Novruz bayramı münasibətilə tədbir keçirdi. Tədbirə Sabunçu rayon məktəbləri də qatıldı. 74 nömrəli tam orta məktəbin şagirdləri də bayramı xalqın sevimlisi olan Keçəl, Kosanın, Bahar qızının və “DədəQorqud”un çıxışlarında bir daha xalqımızın milli ənənəvi xüsusiyyətlərini özündə əks etdirən Novruz bayramının və baharın gəlişinı qeyd etdi. Öz cıxışları və ifa etdikləri müsiqi nömrələri ilə bayrama rəng qatdılar.