Novruz şənliyi

     Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Bu il 74 nömrəli  tam orta məktəb də Novruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşmışdır. 19.03.2018-ci  ildə təşkil olunmuş Novruz şənliyində İlk öncə məktəbin direktoru Əfqan Həsənov açılış sözü ilə çıxış edərək hamının bayramını təbrik etdi və ən xoş arzularını çatdırdı. Daha sonra şagirdlərin hazırladığı, bir-birindən maraqlı, əyləncəli rublikalar tədbiri bəzədi.

      Novruz şənliyi məktəb şagirdlərinin və valideynlərin sevincinə səbəb oldu. Şənlik zamanı biri-birindən fərqli və rəngarəng ifalar, rəqs nömrələri nümayiş olundu, Novruzu tərənnüm edən şerlər səsləndi. Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl, həmçinin Bahar qızı səhnəyə gəldilər. Onların öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi