"Xocalı-qan yaddaşımız" adlı adəbi kompozisiya

26 fevral 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Mustafayeva Məlahət 8a , 9b və 11a sinif şagirdləri ilə birlikdə "Xocalı-qan yaddaşımız" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə erməni vandallarının Xocalıda törətdiyi qətliamdan söz açılaraq, bu soyqırımının bəşər tarixində insanlıq əleyhinə yönəlmiş ən qəddar cinayətlərdən biri olduğu vurğulandı.