“Xocalı soyqırımı" mövzusunda “Dəyirmi masa” keçirilib

18 fevral 2018-ci il tarixində 74 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı" mövzusunda “dəyirmi masa" keçirildi. Məktəbin müəllim kollektivinin iştirakı ilə keçirilən "dəyirmi masa"da əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Dəyirmi masa”da çıxış edən ədəbiyyat müəllimi Natəvan Rzayeva Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışdi. Sonda cıxış edən tarix müəllimi Cəlalət Allahverdiyeva Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bütün məktəblərdə bu soyqırımına həsr edilən silsilə dərslərin keçirildiyini xatırlatdı. O, bu dərslərin böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət etdiyini bildirdi.