Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi

21.02.2018- ci il tarixində 74 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil edildi. Sərginin acılış mərasimində məktəbin Tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri cıxış edərək diqqətə çatdırdı ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və mütərəqqi bəşəriyyət bu amansız qətli hec zaman unutmayacaq.
Xocalıya həsr edilən sərgidə gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir. Sonra sərgiyə baxış oldu. Sərgidə şagirdlərin çəkdiyi rəsmlər nümayiş olundu. Həmin rəsmlər iştirakçılar tərəfindən maraqla qarşılandı.