Rus dili və Ədəbiyyat fənni üzə Respublika Olimpiadası

Bakı şəhəri, 74 nömrəli tam orta məktəbdə 13.01.2018-ci il tarixində saat 12:00-da Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil edilmiş rus dili və ədəbiyyat fənni üzrə X Respublika Olimpiadası keçirildi. Sabunçu və Suraxanı rayonlarının ümumtəhsil ocaqlarında təhsil alan şagirdlər öz bilik və bacarıqlarını sınadılar. Olimpiadanı 74 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova açaraq gələn qonaqları və şagirdləri salamladı və sözü olimpiadanın rəhbər təşkilatçısı, Rusiyanın Azərbaycandakı Mədəni məlumat mərkəzinin rəhbəri Denisov Valentin Petroviçə verdi. Sonra digər qonaqlar da Bakı şəhəri metodbirləşmə mərkəzinin nümayəndəsi Dilbər Məmmədova, Rusiya mədəni məlumat mərkəzinin nümayəndəsi Yakunina Lyubov Timofeyevna və 74 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Flora Həmidova da çıxış edərək öz ürək sözlərini şagirdlərə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi