Noyabr ayının 7-da 74 nömrəli tam orta məktəb 9 Noyabr Bayraq günü münasibəti ilə tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin 6A sinif şagirdləri Azərbaycan Poeziyasından seçilmiş müxtəlif şeirlər söyləmişlər. Məktəbin müdiriyyəti və müəllim kollektivi də tədbirdə iştirak etmişdir. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Bayramova Nazpəri və məktəbimizin dil ədəbiyyat müəllimi Natəvan müəllimə təşkil etmişlər. Tədbirdə Heseynova Xanim və Sultanova Səbinə öz iştirakları ilə seçilmişlər.