Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş ədəbi -bədii gecənin keçirilməsi

74 nömrəli məktəb "Cəmşid Naxçıvanskinin 120 illik yubileyi"nə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, "Cəmşid Naxçıvanski"nin həyatı və fəaliyyəti ilə bağlı söhbətlər təşkil olunmuş, dəyirmi masalar keçirilmiş, şagirdlər tərəfindən guşə və fotostendlər hazırlanmışdır. 28 noyabrda keçirilən dəyirmi masada məktəbin direktoru Əliyeva Ruxsarə, hərbi rəhbəri Nağıyev Bəhram, tarix müəllimi Qandayeva Leyla və digər fənn müəllimləri də iştirak etmişdir. Tədbirdə 8A və 8B sinfinin şagirdləri fəal iştirak etmişdir. Hərbi rəhbər və tarix müəllimi "Cəmşid Naxçıvanski"nin həyatı və fəaliyyəti haqqında şagirdləri məlumatlandırmışdır.26 sentyabr 2015-ci il Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti ilə bağlı söhbətlər təşkil edilmişdir.21 noyabr Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti barədə guşə və fotostend hazırlanmışdır28 noyabr Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa kecirilmişdir.