“Ədəbiyyat biliciləri”

"Ədəbiyyat biliciləri" müsabiqəsinin kecirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2017- ci il tarixli 399 nömrəli əmrinə əsasən dekabrın 06-da 74 nömrəli tam orta məktəbdə “Ədəbiyyat biliciləri”nin müsabiqəsi keçirildi.Müsabiqədə 9-10-cu sinif şagirdləri iştirak edirdilər.Məktəbimizin kitabxanasında kitabxanaçılar Şəfa Fətəliyeva, Səbinə Həsənova, Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramova və ədəbiyyat müəlliləri müsabiqəni keçirərək 2 nəfər qalib seçdilər. 9A sinif şagirdi Aygün Əhmədova və 10 B sinif şagirdi Hicran Həsənova müsabiqənin qalibi seçildi.