Birincilərin məktəb kitabxanası ilə tanışlığı

Məktəbimizin ibtidai sinif müəllimi Şəfa Rzayeva rəhbəri olduğu 1A sinif şagirdlərinə kitabxana haqqında ümumi məlumat vermək və şagirdlərdə mütaliəyə həvəs artırmaq məqsədi ilə Məktəb Kitabxanasında olmuşlar. Kitabxana müdüri Səfa Fətəliyeva şagirdlərə kitabxana haqqında daha ətraflı məlumat vermiş, kitabxanaya üzv olmaq ücün abunə qaydaları ilə tanış etmişdir. Birincilər Məktəb Kitabxanası ilə əyani surətdə tanışlıqdan məmnun olmuşlar.