Kimya - Biologiya aylığı

1 dekabr 2017-ci il tarixindən başlayaraq 74 nömrəli tam orta məktəbdə Kimya - Biologiya aylığına start verilmişdir. Aylığın məqsədi Kimya və Biologiya fənləri üzrə şagirdlərdə olan qeyri-adi bacarıqları üzə çıxarmaq,onlarda bu fənlərə olan həvəsi daha da artırmaqır. Beləki, 7 dekabrda Quliyeva Gülnarə 7 "C" sinif şagirdləri ilə birlikdə "Bakteriyaların müxtəlifliyi", 8 dekabrda məktəbin Biologiya müəllimi Gülşən Sultanova 6 "B" sinif şagirdləri ilə "Yarpağın hüceyrəvi quruluşu" mövzusuna həsr edilmiş dərslər numayiş etdirdilər. Siniflər mövzuya aid divar qəzetləri, təqdimatlar hazırlayıb təqdim etdilər. Şagirdlər özlərinin saxladığı müxtəlif bitki və yarpaq növlərini nümayiş etdirdilər.