Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir

24.11.2017-ci il tarixində 74 nömrəli tam orta məktəbdə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər dahi sənətkarın həyatı və yaradıcılığı ilə bağlı geniş məlumat səsləndirdilər. Dünya şöhrətli sənətkarın ifasında müsiqilər dinlənildi. Şagirdlər onun repetuarından "Küçələrə su səpmişəm", "Gülə-gülə" mahnılarını ifa etdilər. Çıxış edən məktəbin direktoru Əfqan Həsənov tədbirin təşkilatçıları- Tərbiyə işləri üzrə direktor müavini Nazpəri Bayramovanı, müsiqi müəllimi İlahə Hüseynzadə və şagirdləri bu gözəl tədbir münasibətilə təbrik edərək bildirdi ki, xalq xanəndəsindən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbül Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş, dünya musiqi sənətində parlaq səhifələr yazmışdır.