Şagirdlərimizin yeni uğuru!

Son vaxtlar şagirdlərimiz müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də bir sıra uğurlar qazanmışlar ki, bu uğurlar bizi çox sevindirir. Şagirdlərimizin növbəti uğurlarından biri də  2017-ci ili əhatə edən yarışlarda göstərdikləri uğurlar olmuşdur. Belə ki, bu şagirdlərdən biri məktəbimizin 5sinif şagirdi Xankişiyeva Ayla Aura birinciliyində bədii gimnastika üzrə göstərdiyi nəticəyə görə öz yaşıdları arasında III yerə,  layiq görülərək diplomla təltif olunmuşdur. Xankişiyeva Ayla bədii gimnastika üzrə iştirak etmiş yarışlarda hər zaman uğurlar qazanmış, diplom və medallarla geri dönmüşdür. Şagirdlərimizə yeni-yeni uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi