“Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” tədbir

Noyabrın 21-də “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 74 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Əfqan Həsənov, müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu vurğuladı. Bu il çərçivəsində görülən işlərin, keçirilən tədbirlərin tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini bildirdi.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova çıxışı zamanı “Şəhadət” sənədli filminin maarifləndirmə xüsusiyyətlərindən söz açdı. Təşkil edilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verilən önəmin, dövlətin bu məsələyə olan diqqət və qayğısının təzahürü olduğunu bildirdi.

Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi