Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Lənkəranda

“Ölkəmizi tanıyaq” adlı maarifləndirici 8-ci tur aksiyasının növbəti mərhələsi çərçivəsində təşkil edilən tur-aksiyaya qatılmış iştirakçılarımız IX-X sinif şagirdləri Almazova Ceyla və Həsənli Nazim 16 noyabr 2017-ci il tarixində Lənkəran-Masallı-Astara istiqamətində yola salındı.
Məktəblilər və onların müəllimləri Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiya iştirakçıları Lənkərandakı Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də tanış olublar.
Lənkəran şəhərindəki “Qoşa Qala” qapıları, “Mayak” binası, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib.
Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
18 noyabr 2017-ci il tarixində “Ölkəmizi tanıyaq” 8-ci tur aksiyası çərçivəsində keçirilən "Nə? Harada? Nə zaman?" intellektual yarışda 74 nomrəli tam orta məktəbin X sinif şagirdİ Həsənli Nazim birincilik əldə edərək geri dönmüşdür.