“Hüquqi dövlətin əsasları” adlı olimpiadanın mükafatlandırılma mərasimi

10.11.2017-ci il tarixdə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbdə 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın mükafatlandırılma mərasimi keçirilmişdir. 06 noyabr 2017-ci il tarixlərdə keçirilən olimpiadada yüksək nəticə göstərmiş 74 nömrəli tam orta məktəbin 11B sinif şagirdi Hətəmova Nuranə də qalib gələrək mükafatla təltif olunmuşdur.